Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.
Medialive.az xəbər verir ki, bu məsələ parlamentin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alıb.
Belə ki, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin edilməsi nəzərdə tutulur:
– Əliyeva Aytən Heydər qızı – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
– Hüseynov Telman Qulaməli oğlu – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
– Nuriyev Elnur Aləm oğlu – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
– İsmayılzadə Fərid Sabir oğlu – Şəki İnzibati Məhkəməsinin hakimi
– Abdullayev Elşən Uğur oğlu – Şirvan Kommersiya Məhkəməsinin hakimi
– Hüseynov Elməddin Mirpaşa oğlu – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi
Qafarova Rəna Nazim qızı – Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi;
Eyni zamanda aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:
Mustafayev Etibar Mustafa oğlu – Şəki İnzibati Məhkəməsinin hakimi
Əsgərov Anar Əlifağa oğlu – Ağsu Rayon Məhkəməsinin hakimi.
Şirvan Apellyasiya Məhkəməsi üzrə aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:
Hacızadə Fəxri Hümmət oğlu – Şəki İnzibati Məhkəməsinin hakimi
Ağabəyov Nicat Rauf oğlu – Lənkəran Rayon Məhkəməsinin hakimi.
Bundan başqa Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsinin dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi nəzərdə tutulur.
