Britaniya Xarici İşlər Nazirliyi 2018-ci ilin iyulunda vətəndaşı Daun Sturcesin ölümü ilə bağlı araşdırmanın nəticəsindən sonra Rusiya səfiri Andrey Kelini çağırıb.
Medialive xəbər verir ki, Xarici İşlər Nazirliyi diplomatın çağırılmasının əsas məqsədinin Rusiyanın iddia edilən Britaniyaya qarşı düşmənçilik fəaliyyəti ilə bağlı cavab vermək olduğunu bildirib.
İctimai araşdırmadan əvvəl açıqlanan hesabatda bildirilib ki, zəhərli maddənin təsirindən sonra dünyasını dəyişən Sturces Solsberi hadisəsinin təsadüfən qurbanı olub, Britaniya hakimiyyəti burada keçmiş polkovniki Sergey Skripala qarşı sui-qəsdin baş verdiyini hesab edir.
London sözügedən agentin rus mənşəli Noviçok olduğunu iddia edir.
Hesabatda Emsberidə baş vermiş Sterjessin zəhərlənməsinə görə mənəvi məsuliyyət Rusiya rəhbərliyinin üzərinə qoyulub. Lakin Skripalın zəhərlənməsinə görə birbaşa Moskva günahlandırılır.
Rusiya bu ittihamları kəskin şəkildə rədd edib.
Rusiya səfirliyi daha əvvəl bəyan edib ki, istintaqın nəticələri siyasiləşdiyinə görə etibarlı olmayacaq.
Qeyd edək ki, 2021-ci ilin noyabrında Britaniya Daxili İşlər Nazirliyi məhkəməyə bir sıra məxfi sənədləri nəzərdən keçirməyə və onun ölüm şəraiti, o cümlədən Rusiyanın hadisədə əli olduğu iddia edilən əlavə suallara cavab verməyə icazə verib.




















