Ötən gün ABŞ Hərbi Hava Qüvvələrində baş verən hadisə təyyarədə olan jurnalistlərin gülüşünə səbəb olub və Vaşinqtonda müzakirə mövzusuna çevrilib.
Medialive xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbət edərkən qəfildən tualetin qapısı açılıb və birbaşa onun kürəyinə dəyib.
Tramp təəccüblə arxaya dönərək “Orada kim var?” desə də, heç kim olmayıb.
Bu anlar təyyarədə olan jurnalistlərin gülüşünə səbəb olub.
Məlum olub ki, hadisədən bir neçə saniyə əvvəl Tramp jurnalistlərə “Təyyarə ilə mehriban olun, mən ona yaxşı qulluq etməyi xoşlayıram” deyə zarafat edib.
Qapını kimin açdığı məlum deyil.
Qısa fasilədən sonra Tramp jurnalistlərin suallarını cavablandırmağa davam edib.




















