Dekabrın 7-də Benində hakimiyyəti ələ keçirməyə cəhd edən podpolkovnik Paskal Tiqri siyasi sığınacaq almaq üçün Toqo Respublikasına qaçıb.
Medialive xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.
Çevriliş günü polkovnik-leytenant Tiqri studiyadan canlı yayıma çıxıb və ölkədə hərbi yenidənqurma komitəsinin tam hakimiyyəti öz üzərinə götürdüyünü və prezident Patris Talonun hakimiyyətdən uzaqlaşdırıldığını elan edib.
Çevrilişin yatırılmasından sonra Tiqrinin harada olduğu məlum olmayıb.
Məlumata görə, o, hazırda Toqonun paytaxtı Lomedədir.
Jurnal yazıb ki, Benin hakimiyyəti üsyançı liderinin ekstradisiyası üçün İnterpola müraciət etmək niyyətindədir.
Toqo və Benin dostluq münasibətlərini saxlayır, lakin onlar əvvəllər Mali və Nigerdə hakimiyyətə gələn üsyançılara qarşı fərqli mövqe tutublar.




















