Qarşıda texniki nasazlığı olan bir avtomobil yolda hərəkətsiz qala bilər.
Medialive.az xəbər verir ki, bu barədə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb:
“Bu kimi hallar sürücülər üçün qəfil maneə yaradır və qəza riskini artırır. Hadisənin baş verməməsi üçün hərəkət iştirakçıları qaydalara əməl etməlidirlər. Sürət həddini aşmamaq, təhlükəsizlik məsafəsini saxlamaq, diqqəti yoldan yayındırmamaq və texniki nasaz avtomobillərdən yan keçərkən ehtiyatlı davranılmalıdır”.




















