Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Mara’ee 2025” tədbiri ərəfəsində Bəhreyn Krallığının Daxili İşlər naziri cənab Rəşid bin Abdullah Əl-Xəlifə ilə görüş keçirib.
Medialive.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq kəsb edən fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.




















