Vaşinqtonda genişmiqyaslı daşqınlara səbəb olan güclü yağışlar səbəbindən 100 min insan təxliyə ediləcək.
Medialive xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Dünən ştatın qubernatoru Bob Ferqyuson fövqəladə vəziyyət elan edib.
O, həmçinin sakinləri mümkün təxliyələrə hazırlaşmağa çağırıb.
Daha əvvəl xəbərdarlıq edilib ki, Aydaho, Vaşinqton və Oreqonun ştatlarının 9 milyondan çox sakini güclü yağışlar səbəbindən daşqın zonalarında ola bilər.
Milli Meteoroloji Bürosunun məlumatına görə, tropik və subtropik bölgələrdən gələn nəhəng su buxarı kütlələri daha yüksək enliklərə keçdikdə bu ərazilər atmosfer çayı effekti ilə qarşılaşacaq.




















