Vaşinqton və Tokio iki Amerika B-52 bombardmançısının iştirakı ilə birgə təlimlər keçirib.
Medialive xəbər verir ki, bu barədə Yaponiya özünümüdafiə qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi bəyanat yayıb.
Manevrlər Yapon dənizi üzərində baş tutub. Yaponiya üç F-35 və üç F-15 qırıcısı yerləşdirib.
Təlimlərin bəyan edilmiş məqsədi status-kvonun güc yolu ilə dəyişdirilməsinə imkan verməmək üçün qəti öhdəliyi, həmçinin Yaponiya-ABŞ müttəfiqliyinin çəkindirmə və cavab tədbirləri imkanlarını daha da gücləndirməyə hazır olduğunu nümayiş etdirməkdir.
Təlimlər Yaponiya ətrafındakı ərazilərdə gücləndirilmiş təhlükəsizlik vəziyyəti kontekstində baş tutub.




















