ABŞ-də Respublikaçı Konqresmen Rendi Faynın “müsəlmanların kökü kəsilməlidir” deyərək açıqlama verməsi dünyada geniş narazılığa səbəb olub.
Medialive xəbər verir ki, ABŞ-nin ən böyük müsəlman vətəndaş hüquqları təşkilatlarından olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) mübahisəli açıqlamadan sonra Faynın istefa verməli olduğunu vurğulayaraq, onun açıqlamalarının müsəlmanlara qarşı soyqırıma açıq bir çağırış olduğunu bildiriblər.
“Əgər hər hansı bir məmur müsəlmanların məhv edilməsinə çağırış edirsə, onun siyasi karyerası haqlı olaraq sona çatmalıdır” – deyə şuranın bəyanatında qeyd olunub.
Qeyd edək ki, Konqresdə çıxış edən Fayn fələstinlilərin özlərini iordaniyalı adlandırmaq əvəzinə yeni bir ad icad etdiklərini və beləliklə üçüncü bir dövlət yaratmağa çalışdıqlarını iddia edərək onların məhv edilməli olduğunu deyib.




















