CANLI
Mədəniyyət

Nəriman Həsənzadə palataya köçürüldü

“Nəriman Həsənzadə reanimasiyadan palataya köçürülüb”.
 
Medialive.az xəbər verir ki, bu sözləri Xalq şairinin köməkçisi Arif Mehmandost “Qafqazinfo”ya açıqlamasında deyib.
“Hazırda vəziyyəti yaxşıdır. Bundan sonra həyatına dializlə davam edəcək”, – o bildirib.
Xatırladaq ki, 94 yaşlı N.Həsənzadə ötən ay böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.