ABŞ Prezidenti Donald Tramp davam edən münaqişənin Üçüncü Dünya Müharibəsinə çevrilə biləcəyini açıqlayıb.
Medialive xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə görüşündə danışıb.
“Mən çox istərdim ki, bu münaqişə bitsin və biz buna nail olmaq üçün bütün səylərimizi göstəririk. Vəziyyət nəzarətdən çıxmasa, bu, ABŞ-yə təsir etməyəcək. Belə şeylər üçüncü dünya müharibəsinə gətirib çıxarır”.
Tramp həmçinin bildirib ki, ABŞ Rusiya və Ukrayna ilə razılığa gəlməyə yaxındır.
Qeyd edək ki, Vaşinqton noyabrda 28 maddəlik planını təklif etdikdən sonra Ukrayna ilə bağlı danışıqlar intensivləşib. Kiyev və onun Avropa tərəfdaşları sənəddən narazı olublar və onu əhəmiyyətli dərəcədə dəyişdirməyə çalışıblar. Tramp daha sonra bildirib ki, orijinal plan Moskva və Kiyevin mövqelərini nəzərə almaq üçün yenidən işlənib və yalnız bir neçə mübahisəli məsələ qalıb. Amerika nümayəndələri Floridada Ukrayna nümayəndə heyəti ilə, Moskvada isə Rusiya tərəfi ilə danışıqlar aparıblar.




















