Mərakeşin qərbindəki daşqınlar nəticəsində 21 nəfər ölüb.
Medialive xəbər verir ki, bu barədə MEDI1TV məlumat yayıb.
Daha əvvəlki məlumatlarda 14 ölüm və 32 yaralanma qeydə alınıb.
Qeyd edək ki, dünən Safi bölgəsinə güclü yağış yağıb və bu sonradan daşqınlara səbəb olub.
Mərakeş mediasının məlumatına görə, eyni adlı əyalətin paytaxtı Safi şəhərində təxminən 70 ev və mağaza su altında qalıb, yollar zədələnib.




















