Fransanın paytaxtı Parisdəki Luvr Muzeyi işçilərinin elan etdiyi qeyri-müəyyən tətil səbəbindən bu gün açılmayıb.
Medialive xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
Bildirilib ki, muzey işçilərin tətilindən sonra bu gün qapılarını ziyarətçilər üçün bağlaya bilər.
Bundan əvvəl, aparıcı olan Ümumi Əmək Konfederasiyası (CGT) da daxil olmaqla, üç Fransa həmkarlar ittifaqı Luvr işçilərini 15 dekabrdan etibarən qeyri-müəyyən müddətə tətilə çağırıb.
Onlar iş şəraitinin pisləşməsindən və resursların çatışmazlığından narazıdırlar.
Məlumata görə, hazırda tətildə 400 nəfər iştirak edir.




















