• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə İlham Əliyev

İlham Əliyevdən amnistiya təşəbbüsü - 20 min nəfərə şamil olunması gözlənilir

15 Dekabr, 25 / 15:30
A A
İlham Əliyevdən amnistiya təşəbbüsü - 20 min nəfərə şamil olunması gözlənilir
Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilib.
Medialive.az AZƏRTAC-a istinadən xəbər verir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Əvvəlki yazı

"Aİ Rusiyaya qarşı sanksiya siyahısına daha 40 gəmi əlavə edəcək"

Növbəti yazı

Prezident bu vəzifəni Samir Şərifova həvalə etdi

Bənzər Xəbərlər

Azərbaycanda əməkhaqqı sistemi dəyişir
Sosial

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

30.Apr.26 /13:07
Rəşad Dağlı azadlığa çıxa bilər
Sosial

Rəşad Dağlı azadlığa çıxa bilər

30.Apr.26 /13:04
Sabahdan bu şəxslərə 600 manat birdəfəlik müavinət VERİLƏCƏK
Sosial

Sabahdan bu şəxslərə 600 manat birdəfəlik müavinət VERİLƏCƏK

30.Apr.26 /13:02
Balaş Qasımov İTV-dən gedir, AzTV-yə sədr gətirilir? - Özündən AÇIQLAMA
Sosial

Balaş Qasımov İTV-dən gedir, AzTV-yə sədr gətirilir? - Özündən AÇIQLAMA

30.Apr.26 /13:00
Qazın qiyməti artdı
İqtisadiyyat

Qazın qiyməti artdı

30.Apr.26 /12:56
14 yaşlı qızla hamamda ölən oğlanın anasından AÇIQLAMA
Sosial

14 yaşlı qızla hamamda ölən oğlanın anasından AÇIQLAMA

30.Apr.26 /12:54
Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla başa çatdı - FOTOLAR
Sosial

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla başa çatdı - FOTOLAR

30.Apr.26 /11:38
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir
Sosial

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir

30.Apr.26 /11:18
Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı
Sosial

Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı

29.Apr.26 /12:47

XƏBƏR LENTİ

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

30 Aprel, 26 / 13:07
Rəşad Dağlı azadlığa çıxa bilər

Rəşad Dağlı azadlığa çıxa bilər

30 Aprel, 26 / 13:04
Sabahdan bu şəxslərə 600 manat birdəfəlik müavinət VERİLƏCƏK

Sabahdan bu şəxslərə 600 manat birdəfəlik müavinət VERİLƏCƏK

30 Aprel, 26 / 13:02
Balaş Qasımov İTV-dən gedir, AzTV-yə sədr gətirilir? - Özündən AÇIQLAMA

Balaş Qasımov İTV-dən gedir, AzTV-yə sədr gətirilir? - Özündən AÇIQLAMA

30 Aprel, 26 / 13:00
Qazın qiyməti artdı

Qazın qiyməti artdı

30 Aprel, 26 / 12:56
14 yaşlı qızla hamamda ölən oğlanın anasından AÇIQLAMA

14 yaşlı qızla hamamda ölən oğlanın anasından AÇIQLAMA

30 Aprel, 26 / 12:54
Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla başa çatdı - FOTOLAR

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla başa çatdı - FOTOLAR

30 Aprel, 26 / 11:38
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir

30 Aprel, 26 / 11:18
Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı

Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı

29 Aprel, 26 / 12:47
Kredit borcu olanlara XƏBƏRDARLIQ

Kredit borcu olanlara XƏBƏRDARLIQ

29 Aprel, 26 / 12:38
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.