Qara dənizdə ticarət gəmilərinə edilən son hücumlar naviqasiya təhlükəsizliyinə təhdid yaradır. Bu, Türkiyə Ukraynadakı münaqişə tərəflərini bu barədə xəbərdar edir.
Medialive xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlər ilə görüşündə deyib.
Ərdoğan bildirib ki, bu təhdidlər heç kimə fayda vermir. Bu məsələ ilə bağlı hər iki tərəfi açıq şəkildə xəbərdar edirik.
Türkiyə lideri ölkəsinin İstanbulda Rusiya-Ukrayna birbaşa danışıqlarının üç mərhələsi üçün məkan təmin etdiyini xatırladıb.
“Bu il xüsusi münasibətlər qurduğumuz iki ölkənin nümayəndələrini üç dəfə İstanbulda topladıq. İstanbul prosesi nəticəsində əldə edilən humanitar nailiyyətlər Türkiyə diplomatiyası üçün əhəmiyyətli bir uğur olub”, – deyə Ərdoğan bildirib.
Ərdoğan ölkəsinin boğazlarda gəmiçiliyi tənzimləyən Montrö Konvensiyasına ciddi şəkildə riayət etdiyini bir daha vurğulayıb.




















