“Qərbin sülh müqaviləsinə əməl etməsini izləmək üçün Ukraynaya Avropa qoşunlarını yerləşdirmək planları danışıqların mövzusu ola bilər”.
Medialive xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Ukrayna ərazisindəki xarici hərbi kontingentlərlə bağlı mövqeyimiz hamıya məlumdur. Bu, prezident və digər işçi səviyyələrdə formalaşdırılıb. Bu, hamıya məlumdur, tamamilə ardıcıl və başa düşüləndir”, – deyə Peskov qeyd edib.
“Amma yenə də, bu, müzakirə mövzusudur”, – deyə o, könüllülər koalisiyasının Ukraynaya hərbi kontingent göndərmək planları ilə bağlı xəbərləri şərh edərkən deyib.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya heç bir halda Qərb qoşunlarının Ukraynada yerləşdirilməsinə razılıq verməyəcək.




















