Rusiya Prezidenti Vladimir Putin Qərbin Ukraynadakı fəaliyyətini yaxından izlədiklərini söyləyərək NATO-ya “Nə etdiyinizi bilirik” deyə xəbərdarlıq edib.
Medialive xəbər verir ki, Putin bu barədə Rusiya Müdafiə Nazirliyinin Kollegiya iclasında çıxışı zamanı danışıb.
Putin bildirib ki, NATO daxilində güclü ölkələr Ukraynanı dəstəkləyir və Kiyevi silah, sursat və hərbi texnika ilə təmin edir.
O iddia edib ki, NATO-nun dəstəyi yalnız hərbi yardımla məhdudlaşmır, həm də kəşfiyyat məlumatlarını paylaşmağı və məsləhətçilərin yerləşdirilməsini əhatə edir.
Putin Qərb ölkələri ilə diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə Rusiyanın Ukraynaya zərbələr endirməyə davam edəcəyini bildirib. O, həmçinin təhlükəsizlik məqsədilə silahsızlaşdırılmış zonaların genişləndiriləcəyini və bu prosesin qətiyyətlə davam etdiriləcəyini əlavə edib.
O, həmçinin Avropa ictimaiyyətinə çatdırılan Rusiya ilə böyük müharibə mesajlarını sərt şəkildə tənqid edib. Putin bu iddiaları açıq şəkildə rədd edib
“Mən bunu dəfələrlə demişəm. Bu, yalandır, cəfəngiyyatdır. Onlar Avropa ölkələrinə qarşı hipotetik bir Rusiya təhdidi uydururlar. Onlar bunu qəsdən edirlər”, – deyə Putin bildirib.




















