ABŞ-nin Los-Anceles şəhərində hava limanından qaçırmağa çalışdığı təyyarəni havaya qalxarkən divara çırpan şəxs həbs edilib.
Medialive Fox News-a istinadən xəbər verir ki, görünməmiş hadisə Van Nuys hava limanında baş verib.
Məlumata görə, Los-Ancelesdəki Van Nuys hava limanında oğru hava limanının icazəsiz hissəsində saxlanılan Cessna C172 təyyarəsini oğurlamağa cəhd edib.
Uçuş-enmə zolağından qalxmağı belə bacarmayan oğru qaçırılan təyyarəni anqar divarına çırpıb.
Polis qəza törədən oğrunu saxlayıblar.




















