CANLI
Dünya

ABŞ-də ağlasığmaz hadisə – Qaçırmağa çalışdığı təyyarə divara çırpıldı

ABŞ-nin Los-Anceles şəhərində hava limanından qaçırmağa çalışdığı təyyarəni havaya qalxarkən divara çırpan şəxs həbs edilib.

Medialive Fox News-a istinadən xəbər verir ki, görünməmiş hadisə Van Nuys hava limanında baş verib.

Məlumata görə, Los-Ancelesdəki Van Nuys hava limanında oğru hava limanının icazəsiz hissəsində saxlanılan Cessna C172 təyyarəsini oğurlamağa cəhd edib.

Uçuş-enmə zolağından qalxmağı belə bacarmayan oğru qaçırılan təyyarəni anqar divarına çırpıb.

Polis qəza törədən oğrunu saxlayıblar.