Macarıstan və Slovakiya dekabrın 19-u təsdiqlənmiş və 2026-27-ci illərdə Aİ üzv dövlətlərinin birgə borclanması əsasında Ukraynaya 90 milyard avro kredit verilməsi qərarını özündə ehtiva edən Avropa Şurasının Ukrayna ilə bağlı dekabr iclasının nəticələrini imzalamayıb.
Medialive xəbər verir ki, bu barədə bir neçə Aİ diplomatı məlumat verib.
Belə ki, Macarıstan və Slovakiya kimi, Çexiya da Ukraynaya 90 milyard avro maliyyə dəstəyi öhdəliklərindən imtina edib.
Xatırladaq ki, Macarıstan 2025-ci ildə Aİ-nin müharibəni dəstəkləmək siyasətinə etiraz olaraq Avropa Şurasının Ukrayna ilə bağlı qərarlarının heç bir mətnini imzalamayıb.
Slovakiya ilk dəfə Aİ liderlərinin sammitinin nəticələrinin Ukrayna hissəsi ilə razılaşmayıb.




















