İrlandiyada təhlükəsizlik məsələləri yenidən diqqət mərkəzinə gəlib.
Medialive xəbər verir ki, bu barədə “Telegraph” nəşri məlumat yayıb.
Belə ki, ekspertlər Avropanın müdafiə sisteminin Rusiyadan gələn təhdidlər qarşısında zəif olduğunu bildirirlər.
İrlandiyalı senator Tom Klonan ölkənin müasir radar və sensor sistemlərinin olmadığını, dənizaltı kabellər və qaz boru kəmərləri kimi infrastrukturların təhlükə altında olduğunu qeyd edib.
Ölkə çox vaxt Rusiyanın əməliyyatları barədə yalnız Britaniyadan məlumat alır.




















