ABŞ-nin Qrenlandiyaya iddiaları NATO-nun dağılmasına səbəb ola bilər.
Medialive xəbər verir ki, bu sözləri Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
Qrenlandiyanın Baş naziri Yens Frederik Nilsen də ABŞ-nin Qrenlandiyaya qarşı hər hansı bir sərt tədbir görməsinin fəlakətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Danimarka və Qrenlandiya hökumət başçılarının açıqlamaları ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatdan qısa müddət sonra verilib. Bu əməliyyat zamanı ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşı faktiki olaraq qaçırılaraq ABŞ-yə aparılıb və orada narkoterrorizmdə ittiham olunublar.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl Danimarkanın ərazisi olan Qrenlandiya adasının ABŞ-yə müdafiə məqsədləri üçün lazım olduğunu bildirib.




















