“ABŞ və Venesuela bir çox sahələrdə, xüsusən də neft və qaz infrastrukturlarının daha böyük və müasir miqyasda yenidən qurulmasında yaxşı əməkdaşlıq edirlər. Bu əməkdaşlıq sayəsində gözlənilən ikinci hücum dalğasını ləğv etdim”.
Medialive xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Truth hesabında yazıb.
“Venesuela “Sülh Axtarışı”nın nümayişi olaraq çox sayda siyasi məhbusu azad edir. Bu, son dərəcə vacib və müdrik bir addımdır. Təhlükəsizlik səbəbləri ilə bağlı bütün gəmilər yerində qalacaq. Neftə azı 100 milyard dollar investisiya qoyulacaq. Bu gün Ağ Evdə hamısı ilə görüşəcəyəm” – deyə Tramp fikirlərini sonlandırıb.




















