• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Nəcəfli Nərimanovun Naxçıvandakı heykəlini niyə sökdürmüşdü?!

09 Yanvar, 26 / 14:05
A A
Nəcəfli Nərimanovun Naxçıvandakı heykəlini niyə sökdürmüşdü?!

Yarıtmaz fəaliyyəti səbəbindən vəzifəsindən kənarlaşdırılan Naxçıvandakı sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəfli yalnız idarəçilikdəki bacarıqsızlığı ilə deyil, eyni zamanda özbaşına, təkəbbürlü və şəxsi münasibətlər üzərində qurulan qərarları ilə də uzun müddət müzakirə mövzusuna çevrilib. Onun bu qəbildən olan qərarlarından biri də 2023-cü ilin aprel ayında Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Nəriman Nərimanovun abidəsini sökdürməsi olub.

Vətəninfo.az-ın rəsmi mənbəsinin bildirdiyinə görə, Nəcəfli bu addımı atarkən açıq şəkildə “Nərimanov xalqımızın düşmənidir və mən onu sevmirəm” deyərək söküntü ilə bağlı aidiyyəti qurumlara israrlı və şifahi tapşırıqlar verib. Bu isə bir daha göstərir ki, söhbət nə dövlət qərarından, nə də ictimai rəyin nəzərə alınmasından gedir — burada şəxsi mövqe dövlət iradəsinin yerinə qoyulub.

Nəticədə “Böyük bağ” ərazisində yerləşən heykəl gecə saatlarında, ictimaiyyətə heç bir məlumat verilmədən sökülüb, yerində isə dekorativ ağaclar əkilib. Lakin mediada yayılan xəbərlər, eləcə də Bakıda rəsmi dairələrin ciddi reaksiyası, təzyiqi və xəbərdarlığından sonra Nəcəfli vəziyyətdən çıxış yolu kimi söküntü işlərinə “abadlaşdırma” adı verməyə məcbur olub və heykəlin yenidən əvvəlki yerinə qaytarılmasını təmin edib. Halbuki, həmin ərazidə nə abadlaşdırmaya, nə də heykəlin təmirinə heç bir real ehtiyac və ya zərurət mövcud olmayıb.

Həmin axşam mediada yayılan xəbərlərdə deyilirdi:

image-bos-jpg

“Heykəl bu gün axşam saatlarında sökülərək oradan aparılıb. Naxçıvanın rəsmi qurumlarından bildirilib ki, heykəlin yerində nə olacağı hələ dəqiq bilinmir. Qeyd edək ki, heykəlin yerində ağac əkiblər.”

Paytaxt Bakının mərkəzində möhtəşəm abidəsi ucaldılan, adına rayon və metro stansiyası olan Nəriman Nərimanovun heykəlinin Naxçıvanda sökülməsi muxtar respublika sakinləri tərəfindən Nəcəflinin dayaz düşüncəsinin, tarixi savadsızlığının və idarəetmədə şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmasının bariz nümunəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, Nəriman Nərimanov (1870–1925) Azərbaycan xalqının görkəmli dövlət xadimi, ziyalı, həkim, yazıçı və maarifçisidir. O, XX əsrin əvvəllərində Azərbaycanın siyasi, ictimai və milli taleyində mühüm rol oynamış tarixi şəxsiyyətlərdəndir. Nərimanov sovet hakimiyyəti daxilində fəaliyyət göstərsə də, Azərbaycanın milli maraqlarını qorumağa çalışan nadir siyasi xadimlərdən biri olub və mərkəzin — Moskvanın — Azərbaycanın əleyhinə olan bir çox qərarlarına açıq şəkildə etiraz edib.

image-nerimanov-jpg

Xüsusilə Naxçıvanın Azərbaycan tərkibində saxlanılması, eləcə də Qarabağ və Zəngəzurla bağlı müzakirələrdə Nərimanovun mövqeyi həlledici əhəmiyyət daşıyıb. O, Naxçıvanın Ermənistana verilməsinə qəti şəkildə qarşı çıxıb və bu ərazinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu dönə-dönə bəyan edib. Məhz bu tarixi mövqeyinə görə Nərimanovun Naxçıvanda abidəsi ucaldılıb.

1920–1921-ci illərdə aparılan son dərəcə çətin siyasi danışıqlar zamanı Nərimanovun prinsipial mövqeyi Naxçıvanın taleyini müəyyənləşdirən əsas amillərdən biri olub. Elə buna görə də Naxçıvan əhalisi onu xilaskar siyasi şəxsiyyət kimi xatırlayır və abidə də bu tarixi minnətdarlığın rəmzidir.

image-nerimanov1-jpg

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev Nəriman Nərimanovu Azərbaycan tarixində milli dövlətçilik baxışını qoruyan görkəmli şəxsiyyət, milli maraqların müdafiəçisi kimi yüksək qiymətləndirib. Belə ki, Heydər Əliyev 1972-ci ildə Nərimanovun 100 illiyi münasibətilə keçirilən tədbirdə  deyib: “Nəriman Nərimanovun çıxılmaz bir dövrdə Azərbaycan xalqının milli maraqlarını müdafiə etmiş, öz dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan xalqının tarixi taleyində silinməz iz qoymuş görkəmli siyasi xadimdir”.

Əvvəlki yazı

Yəmənin cənubuna sahib çıxmaq istəyən şura - Cənub Keçid Şurası fəaliyyətini dayandırdı

Növbəti yazı

Bu kanalların yayımı dayandırılacaq - RƏSMİ

Bənzər Xəbərlər

Sabah yağış yağacaq, dolu düşəcək
Sosial

Sabah yağış yağacaq, dolu düşəcək

26.İyn.26 /14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi
Sosial

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26.İyn.26 /13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...
Sosial

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26.İyn.26 /13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ
Sosial

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26.İyn.26 /13:14
Nilufər Abdulla vəfat etdi 
Sosial

Nilufər Abdulla vəfat etdi 

26.İyn.26 /13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi
İdman

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26.İyn.26 /12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq
Sosial

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26.İyn.26 /12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE
Sosial

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26.İyn.26 /12:39
Vətən müharibəsi iştirakçısı vəfat etdi
Sosial

Vətən müharibəsi iştirakçısı vəfat etdi

26.İyn.26 /12:19

XƏBƏR LENTİ

Sabah yağış yağacaq, dolu düşəcək

Sabah yağış yağacaq, dolu düşəcək

26 İyun, 26 / 14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26 İyun, 26 / 13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26 İyun, 26 / 13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26 İyun, 26 / 13:14
Nilufər Abdulla vəfat etdi 

Nilufər Abdulla vəfat etdi 

26 İyun, 26 / 13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26 İyun, 26 / 12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26 İyun, 26 / 12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26 İyun, 26 / 12:39
Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı vəfat etdi

26 İyun, 26 / 12:19
Zakir Həsənov onları təbrik etdi

Zakir Həsənov onları təbrik etdi

26 İyun, 26 / 11:22
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.