Qərbin Kiyevə verdiyi təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq, Vilnüs Ukraynaya hərbi gəmi göndərəcək.
Medialive xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda BNS-ə verdiyi müsahibədə açıqlayıb.
“Sülhməramlılıq quruda, dənizdə və havada təmin edilməlidir. Litva, ölçüsü və imkanları nəzərə alınmaqla, buna əhəmiyyətli dərəcədə töhfə verəcək” – deyə prezident qeyd edib.
Nauseda təfərrüatları açıqlamasa da, Litva qoşunlarının Ukraynadakı döyüş əməliyyatlarında iştirak etməyəcəyini qeyd edib.
Qeyd edək ki, daha öncə prezidentin müşaviri Asta Skaisgiryte Litvanın Ukraynaya 150-yə qədər əsgər göndərməyə hazır olduğunu bildirmişdi.




















