Avstraliya hökuməti dekabrın 14-də Sidneydə baş verən terror aktının qurbanları üçün yanvarın 22-i tarixini matəm günü elan edib.
Medialive xəbər verir ki, bu qərarı Avstraliyanın Baş naziri Entoni Albanese açıqlayıb.
O əlavə edib ki, həmin gün Avstraliyadakı hökumət binalarında bayraqlar yarıya endiriləcək.
Qeyd edək ki, dekabrın 14-də ata və oğul Sidneydəki Bondi çimərliyi yaxınlığında insanlara atəş açıblar. Terror aktı nəticəsində 15 nəfər ölüb, 42 nəfər yaralanıb. Terrorçulardan biri güllələnib, digəri isə yaralanaraq xəstəxanaya yerləşdirilib.




















