Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-Yulun məhkəmə prosesi baş tutub.
Medialive.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Belə ki, prokurorlar çevriliş təşkil etməkdə ittiham olunan sabiq dövlət başçısı üçün edam cəzası tələb ediblər.
Müvafiq tələb Seulun Seoço-gu rayonunda yerləşən Seul Mərkəzi Rayon Məhkəməsində səsləndirilib.
Qeyd olunur ki, Yun Sok-yul bundan əvvəl də bir sıra ağır ittihamlarla üzləşib. May ayında o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. Avqust ayında isə Cənubi Koreya məhkəməsi onun həyat yoldaşı barəsində həbs qərarı çıxarıb.
Məlumata görə, Yun Sok-yul fövqəladə vəziyyət elan etmək cəhdinin uğursuzluğundan sonra impiçment olunaraq vəzifəsindən kənarlaşdırılıb.
Hazırda iş üzrə məhkəmə prosesi davam edir.




















