Almaniyanın yenidən silahlanmasının tempi və miqyası Fransada ciddi narahatlıq və qorxu ilə qarşılanır.
Medialive.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Bildirilir ki, bu narahatlıq xüsusilə Parisdə daha kəskindir. Fransalı rəsmilərin və ekspertlərin bir hissəsi hesab edir ki, Berlin müdafiə xərclərini müttəfiqlərin ödəyə bilməyəcəyi səviyyəyə qaldırmaqla Avropada siyasi və hərbi ağırlıq mərkəzinin şərqə doğru dəyişməsinə səbəb ola bilər.
Xatırladaq ki, bir müddət əvvəl Almaniyanın “Səhra Vagenknecht Birliyi – Ağıl və Ədalət Uğrunda” (SWU) partiyasının lideri Səhra Vagenknecht ölkəni yenidən diplomatiya və tərksilah siyasətinə qayıtmağa çağırmışdı.
Eyni zamanda, məlumatda vurğulanır ki, Almaniya NATO çərçivəsində mümkün hərbi münaqişə baş verəcəyi təqdirdə fəaliyyət planı da hazırlayıb.




















