Ukraynanın Energetika Nazirliyi ölkənin bir neçə bölgəsində elektrik enerjisinin verilməsində ciddi problemlərin yarandığını açıqlayıb.
Medialive.az xəbər verir ki, nazirliyin Telegram kanalında yayılan məlumata əsasən, Kiyev şəhəri, Kiyev, Odessa, Xarkov, Dnepropetrovsk və Çerniqov vilayətlərində istehlakçılar elektriksiz qalıb.
Qeyd olunub ki, vəziyyət xüsusilə enerji infrastrukturuna düşən yük fonunda ağırlaşıb.
Xatırladaq ki, bir gün əvvəl Odessa vilayətində 33 mindən çox sakin elektrik enerjisiz qalmışdı.
Ukrayna prezidenti Vladimir Zelenski də ölkənin bir çox bölgəsində enerji vəziyyətini çətin kimi qiymətləndirib.
Bununla yanaşı, Almaniyanın “Die Welt” qəzeti Kiyevdə fəlakətli enerji vəziyyətinin yarandığını yazıb.
Hazırda enerji təchizatının bərpası istiqamətində işlərin davam etdirildiyi bildirilir.




















