İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhsəni-Ejei ölkədə silahlı iğtişaşların əsas iştirakçıları üçün açıq məhkəmə prosesləri keçirəcəyinə söz verib.
Medialive xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
“Son iğtişaşlarda bəzi əsas şəxslərin məhkəmə proseslərinin açıq keçirilməsini və onların gedişatının mediada işıqlandırılmasını təmin etmək üçün tədbirlər görmək niyyətindəyik” – deyə məhkəmə rəhbəri qeyd edib.




















