ABŞ senatorları Prezident Donald Trampın Qrenlandiya da daxil olmaqla NATO üzvü ölkələrinin ərazilərini ələ keçirməsinin qarşısını almaq üçün yeni qanun layihəsi təqdim ediblər.
Medialive xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb.
NATO Birliyinin Qorunması Qanunu Müdafiə Nazirliyi və Dövlət Departamentinə NATO müttəfiqlərinə qarşı hərbi güc və ya digər zorakı vasitələr üçün vəsait istifadəsini qadağan edir.
Qanun layihəsi Trampın Qrenlandiyanı ABŞ nəzarətinə almaqla bağlı təkrarlanan açıqlamalarından sonra ortaya çıxıb. Senatorlar bunun NATO-nun birliyini və ABŞ-nin təhlükəsizlik öhdəliklərini zəiflədə biləcəyini bildiriblər.
Qeyd edək ki, Danimarka və Qrenlandiya rəhbərliyi ABŞ-nin iddialarını qəti şəkildə rədd edib.
Qrenlandiya əhalisinin böyük əksəriyyəti ABŞ-yə birləşməyə qarşıdırlar.




















