Gürcüstan Parlamentinin keçmiş üzvü, əslən azərbaycanlı Hidayət Hüseynli 83 yaşında vəfat edib
Medialive.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Hidayət Hüseynli 1943-cü ildə, dekabr ayının 23-də Marneuli bələdiyyəsinin Aşağı Saral kəndində doğulub.
Orta təhsilini 7-ci sinfə qədər Aşağı Saralda alıb, daha sonra Ağməmmədli kəndində başa vurub. Sovet Ticarət Texnikumunda və Gürcüstan Aqrar Universitetində təhsil alıb. Gürcüstanda, Puşkin adına Dillər İnstitutunda çalışıb. Sadaxlı 2 saylı orta məktəbində işləyib.
Məlumat üçün bildirək ki, Hidayət Hüseynli (Hüseynov) 1995-ci ildən, 2004-cü ilə qədər Gürcüstan Parlamentində deputat olaraq fəaliyyət göstərib.




















