Qətərdəki Amerika səfirliyi bütün işçilərinə Əl-Udeyd hava bazası ərazisinə səyahət etməkdən çəkinməyi və səyahət edərkən son dərəcə ehtiyatlı olmağı tövsiyə edib.
Medialive xəbər verir ki, bu barədə məlumat səfirliyin veb saytında dərc olunub.
Qeyd edək ki, bundan öncə ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi işçilərinə və krallıqdakı vətəndaşlara hərbi obyektlərə baş çəkməkdən çəkinməyi tövsiyə edib.
Xatırladaq ki, Vaşinqton personalın Qətərdəki Əl-Udeyd hava bazasından təxliyə edilməsini tövsiyə edib. İran 2025-ci ilin iyununda İsrail və ABŞ-nin hücumlarına cavab olaraq bu bazaya hava zərbələri endirib.




















