• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

"Azəriqaz" qarlı havada vətəndaşın qazını niyə kəsib? - AÇIQLAMA   

11 Fevral, 26 / 15:28
A A
"Azəriqaz" qarlı havada vətəndaşın qazını niyə kəsib? - AÇIQLAMA   

Ucar rayonu,vQazyan kənd sakini Abdullayev Rasim Məhəmməd oğluna məxsus fərdi yaşayış evində  qarlı və şaxtalı havada qazın verilişinin dayandırılması barədə məlumat vermişdik.

Vətəndaşın Oxu24.com saytına verdiyi məlumata görə,dünən axşam saatlarında onların mənzilinə verilən qaz təchizatı  qanunun 1 ay müddətinə tələb olunan xəbərdarlıq aralığını  gözlənilməli olan tələbi pozularaq dayandırılıb.

Vətəndaş “Azəriqaz”əməkdaşlarının bu hərəkətini qanunsuz və qeyri-humanizm addım kimi qiymətləndirir.

Sosial şəbəkələr vasitəsi ilə müraciət ünvanlayıb.

Baş vermiş hadisə ilə bağlı müəyyən suallar yaranır.

“Azəriqaz” əməkdaşı vaxtında sayğacda yaranmış texniki problemi niyə aşkar etməyib?Abanentə niyə bu barədə xəbərdarlıq edilməyib?

“Azəriqaz”abanentə niyə iddia olunan borcu barədə bildiriş-qəbzi təqdim etməyib?Abanentin mənzilinə verilən qaz təchizatı dayandırılarkən niyə akt tərtib edilməyib?

Mövzu ilə bağlı Oxu24.com-a danışan “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki,vbirmənalı olaraq abanent bu hadisə ilə bağlı məhkəməyə müraciət etməlidir.

“Vətəndaş indiki məqamda məhkəməyə müraciət etməlidir.Məhkəmədə “Azəriqaz” sübut etməlidir ki,sayğacda problem nədən yaranıb. Sayğaclar vaxtaşırı baxışa getməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qeyd olunur ki, “Azəriqaz”“Qazdan istifadə Qaydaları”nın 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, istehlakçıya verdiyi qazın dəyərini sayğacın göstəricilərinə əsasən hər ay üzrə hesablamaq və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat  təqdim etməlidir.Bu,mexaniki sayğac olan abanentlərə aid tələbdir.

Sizin təqdim etdiyiniz smart tipli sayğacla bağlı da həmin qaydalarda bənd var.Belə ki,“Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

İndiki məqamda bir sual açıq olaraq qalır: Qaz sayğacında yaranmış texniki problemə görə kimdir günahkar?Abanentin qaz sayğacının mənfiyə yazmasına müdaxilə etməyə faktiki gücü varmı?Yaxud,qaz sayğaclarının texniki baxışa göndərilməsinə kimdir cavahdeh?Bütün bunlara cavab  Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda əks olunub. Bu səbəbdən də abanent məhkəməyə müraciət etməlidir.Bir məqamı da qeyd edim ki,”Azəriqaz”ın iddia etdiyi kimi,sayğacda texniki problem yaranarsa,bu zaman abanentə yalnız son 3 ayın göstəricisinə uyğun olaraq orta sərfiyyat hesablana bilər”,-deyə Mirvari Qəhrəmanlı bildirib.

“Azəriqaz”ın mətbuat xidməti yayılan xəbərlərə reaksiya verib.

“Qeyd olunan ünvan Ucar rayonu Qəzyan kəndi ünvanında Abdullayev Rasim Məhəmməd oğluna məxsus fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evinin qaz xəttinin üzərində G-4 markalı, 0189200349570 saylı qaz sayğacı quraşdırılıb. Qaz sayğacına baxış keçirilərkən sayğacın üzərində 1281 m3 dəyəri ödənilməyən qaz sərfi aşkar olunub. Abonentə bu barədə xəbərdarlıq olunub. Lakin abonent həmin məbləği ödəməkdən imtina edib. AGİS bazasında araşdırmadan göründüyü kimi abonent noyabr, dekabr, yanvar və fevral ayları ərzində cəmi 47 AZN ödəniş edərək 376m3 qaz almışdır. Qeyd olunan dəyəri ödənilməyən qaz həcminin dəyərini ödəməkdən imtina olunduğuna görə abonentin qaz təminatı dayandırılmışdır. Abonentin qaz təchizatı sonradan ödənişli sayğac quraşdırılmaqla bərpa olundu”,-deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Ucar rayonunda son günlər əhaliyə artıq məbləğdə borc yazılması barədə kütləvi şikayətlər var. Hələlik vətəndaşların kütləvi şikayətinə rəsmi açıqlama olmayıb.

Əvvəlki yazı

Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyubmuş

Növbəti yazı

“İlin gənc müəllimi”nin qalibi məktəbə direktor təyin edildi

Bənzər Xəbərlər

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO
Sosial

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17.Fev.26 /11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir
Sosial

AAYDA-da böhran: Əməkhaqları verilmir

17.Fev.26 /11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?
Sosial

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17.Fev.26 /11:27
Bu şəxslər 30 manat cərimələnəcək
Sosial

Bu şəxslər 30 manat cərimələnəcək

17.Fev.26 /11:22
İlham Əliyev Si Szinpinə məktub göndərdi
İlham Əliyev

İlham Əliyev Si Szinpinə məktub göndərdi

17.Fev.26 /11:21
Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi
Sosial

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

17.Fev.26 /11:18
Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO
Sosial

Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

17.Fev.26 /11:16
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL
Sosial

Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

17.Fev.26 /11:14
Pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR
İqtisadiyyat

Pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

17.Fev.26 /11:13

XƏBƏR LENTİ

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17 Fevral, 26 / 11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir

AAYDA-da böhran: Əməkhaqları verilmir

17 Fevral, 26 / 11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17 Fevral, 26 / 11:27
Bu şəxslər 30 manat cərimələnəcək

Bu şəxslər 30 manat cərimələnəcək

17 Fevral, 26 / 11:22
İlham Əliyev Si Szinpinə məktub göndərdi

İlham Əliyev Si Szinpinə məktub göndərdi

17 Fevral, 26 / 11:21
Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

17 Fevral, 26 / 11:18
Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

17 Fevral, 26 / 11:16
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

17 Fevral, 26 / 11:14
Pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

Pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

17 Fevral, 26 / 11:13
General-leytenant komandan da vəzifəsindən gedir

General-leytenant komandan da vəzifəsindən gedir

17 Fevral, 26 / 11:11
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.