• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Məzahir Pənahovun son ili: Onun yerinə bu şəxslərdən biri gələcək

25 Fevral, 26 / 12:12
A A
Məzahir Pənahovun son ili: Onun yerinə bu şəxslərdən biri gələcək

Mərkəz Seçki Komissiyası (MSK) bu il yenidən formalaşdırılmalıdır. Komissiyanın hazırkı heyətinin səlahiyyət müddəti aprel ayında başa çatacaq. Mövcud qanunvericiliyə görə, MSK-nın səlahiyyət müddəti 5 ildir. İndiki tərkib isə 2021-ci il aprelin 27-dən iş başındadır.

Medialive.az yenisabah-a istinadən komissiyanın səlahiyyət müddətinin son aylarını yaşayan tərkibinə nəzərə salıb:

Hazırda MSK-ya mart ayının 13-də 75 yaşı tamam olacaq Məzahir Pənahov sədrlik edir. Komissiyanın ən yaşlı üzvü 79 yaşlı Şaitdin Əliyev və Nizami Nadirxanlıdır.

Ən gənc üzv isə İlkin Şahbazovdur. Onun 38 yaşı var.

MSK-nın tərkibi belədir:

Məzahir Pənahov – 1951-ci ildə doğulub. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2000-ci il mayın 19-da Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Parlamentdə deputatları çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının təmsilçisidir.

Rövzət Qasımov – MSK sədrinin müavini

O, 1978-ci ildə doğulub. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir. R.Qasımov 28 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən isə MSK Katibliyinin müdiri olub. Hazırda MSK-da YAP-ı təmsil edir.

Mikayıl Rəhimov – MSK katibi

1962-ci ildə doğulub. İxtisasca inşaat mühəndisi və iqtisadçıdır, iqtisad üzrə fəlsəfə doktorudur. 2010-cu ildən MSK üzvüdür. Komissiyada deputat Qüdrət Həsənquliyevin sədri olduğu Ədalət, Hüquq və Demokratiya Partiyasını təmsil edir.

Arifə Muxtar – MSK katibi

1976-cı ildə doğulub. İxtisasca hüquqşünasdır. MSK-da Milli Məclisin bitərəf deputatlarınıə təmsil edir.

Fuad Cavadov – MSK üzvü

1957-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Hüquq elmləri doktorudur. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Parlamentdə heç bir siyasi partiyaya mənsub olmayan deputatları təmsil edir.

Şaitdin Əliyev – MSK üzvü

1947-ci ildə doğulub. İxtisasca inşaat mühəndisi və hüquqşünasdır. 2010-cu ildən MSK-nın heyətində yer alır. Əvvəllər komissiyanın sədr müavini olub. Hazırda sıravi üzvdür. MSK-da YAP-ı təmsil edir.

Bəxşeyiş Əsgərov – MSK üzvü

1963-cü ildə doğulub. İxtisasca hüquqşünasdır, hüquq üzrə fəlsəfə doktorudur. 2011-ci ildən komissiyada deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasının təmsilçisidir.

Nailə Əsgərova – MSK üzvü

1976-cı ildə doğulub. İxtisasca hüquqşünasdır. MSK-da bitərəf deputatların nümayəndəsidir.

Tofiq Həsənov – MSK üzvü

1971-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. O, Milli Məclisin deputatı Asim Mollazadənin sədri olduğu Demokratik İslahatlar Partiyası və onun həmkarı Sabir Hacıyevin vaxtilə rəhbərlik etdiyi Vətəndaş Birliyi Partiyasını təmsil edir (VBP ləğv olunub).

Ramiz İbrahimov – MSK üzvü

1951-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. R.İbrahimov parlamentdə 68 üzvü olan Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir.

Validə Kazımova – MSK üzvü

1949-cu ildə doğulub. İxtisasca hüquqşünasdır. Qanunverici orqanın qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edir.

İlham Məmmədov – MSK üzvü

1961-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Qanunverici orqanda birtərəf deputatları təmsil edir.

Nizami Nadirxanlı – MSK üzvü

1947-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Nizami Nadirxanlı parlamentdə bitərəf deputatları təmsil edir.

Qabil Orucov – MSK üzvü

1976-cı ildə doğulub. İxtisasca hüquqşünasdır. Milli Məclisinin 2000-ci il tarixli qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O, bitərəf parlament nümayəndələrini təmsil edir.

Hüseyn Paşayev – MSK üzvü

1968-ci ildə doğulub. İxtisasca tarixçidir. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. H. Paşayev parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edir.

Almas Qəhrəmanlı – MSK üzvü

1961-ci ildə doğulub. İxtisasca elektrik-rabitə mühəndisidir. Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Qanunverici orqanda 3 təmsilçisi olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) nümayəndəsidir.

Etibar Quliyev – MSK üzvü

1963-cü ildə doğulub. İxtisasca inşaat mühəndisidir. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Parlamentdə Ana Vətən Partiyasını (AVP) təmsil edir.

İlkin Şahbazov – MSK üzvü

1988-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Qanunverici orqanın qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Milli Məclisdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının təmsilçisidir.

Azərbaycan qanunvericiliyinə görə, MSK-nın 18 üzvü Milli Məclis tərəfindən təsdiq edilir və yerlər parlamentdə təmsil olunan siyasi qüvvələr arasında bölüşdürülür. Sədr postu da adətən hakim partiyanın təqdim etdiyi namizədə həvalə edilir.

Əvvəlki yazı

Nazir ona yüksək vəzifə verdi - FOTO

Növbəti yazı

Ramiz Mehdiyevin kürəkəninə məxsus klinika bağlanır - İDDİA

Bənzər Xəbərlər

Ramiz Mehdiyevin bankı BAĞLANDI
Gündəm

Ramiz Mehdiyevin bankı BAĞLANDI

06.Mar.26 /15:44
Əli Əsədov qərar imzaladı
Gündəm

Əli Əsədov qərar imzaladı

06.Mar.26 /15:12
“Naxçıvana bombalar düşürdü”
Gündəm

“Naxçıvana bombalar düşürdü”

06.Mar.26 /14:54
İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?
Gündəm

İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?

06.Mar.26 /14:25
Azərbaycan səfirliyi İranda fəaliyyətini dayandırdı
Gündəm

Azərbaycan səfirliyi İranda fəaliyyətini dayandırdı

06.Mar.26 /13:43
Bu xanımlara yüksək vəzifə verildi - ADLAR
Gündəm

Bu xanımlara yüksək vəzifə verildi - ADLAR

06.Mar.26 /13:28
Martın 7-də havanın temperaturu dəyişəcək
Sosial

Martın 7-də havanın temperaturu dəyişəcək

06.Mar.26 /12:54
Sənəd qəbulu başa çatdı
Sosial

Sənəd qəbulu başa çatdı

06.Mar.26 /12:43
Ordumuz döyüş mövqelərinə çıxarıldı - MN
Gündəm

Ordumuz döyüş mövqelərinə çıxarıldı - MN

06.Mar.26 /12:27

XƏBƏR LENTİ

Ramiz Mehdiyevin bankı BAĞLANDI

Ramiz Mehdiyevin bankı BAĞLANDI

06 Mart, 26 / 15:44
Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

06 Mart, 26 / 15:12
“Naxçıvana bombalar düşürdü”

“Naxçıvana bombalar düşürdü”

06 Mart, 26 / 14:54
İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?

İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?

06 Mart, 26 / 14:25
Azərbaycan səfirliyi İranda fəaliyyətini dayandırdı

Azərbaycan səfirliyi İranda fəaliyyətini dayandırdı

06 Mart, 26 / 13:43
Bu xanımlara yüksək vəzifə verildi - ADLAR

Bu xanımlara yüksək vəzifə verildi - ADLAR

06 Mart, 26 / 13:28
Martın 7-də havanın temperaturu dəyişəcək

Martın 7-də havanın temperaturu dəyişəcək

06 Mart, 26 / 12:54
Sənəd qəbulu başa çatdı

Sənəd qəbulu başa çatdı

06 Mart, 26 / 12:43
Ordumuz döyüş mövqelərinə çıxarıldı - MN

Ordumuz döyüş mövqelərinə çıxarıldı - MN

06 Mart, 26 / 12:27
Həcc ziyarəti təxirə salınacaq?

Həcc ziyarəti təxirə salınacaq?

06 Mart, 26 / 12:22
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.