Misirdə olan azərbaycanlılar uçuşların dayandırılması səbəbindən Qahirədə çətin vəziyyətdə qalıblar.
Medialive.az Bakupost.az-a istinadən xəbər verir ki, musiqi müəllimi Sevinc Bayramova Şarm əl-Şeyxdən Qahirəyə uçduqlarını və buradan Küveyt üzərindən Çinə getməyi planlaşdırdıqlarını bildirib
“Lakin bölgədə yaranmış gərginlik səbəbindən uçuşlar ləğv edilib. Bildiyiniz kimi, İran hava limanlarını bombalayıb. Buna görə bütün uçuşlar ləğv olundu. Dünən axşamdan bəri Qahirədə gözləyirik. Uçuşların nə zaman bərpa olunacağı, hansı marşrutla uçacağımız barədə heç bir məlumat verilmir. Mənim kimi burada çox sayda insan var, nə edəcəklərini bilmirlər”, – deyə o bildirib.




















