“Qarabağ” qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov vəfat edib.
Medialive.az xəbər verir ki, o bu gün vəfat edib.
Qeyd edək ki, Ç.İsmayılov 1954-cü ildə Ağdam şəhərində anadan olub, orada orta təhsil alıb, sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1990-cı ilin yayında yeni təsis edilən “Qarabağ” qəzetinə baş redaktor təyin edilib.
Əlavə edək ki, Ç.İsmayılov ötən il ölkə başçısının sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə tərəqqi medalı ilə təltif edilib./Axar




















