“eManat” “Premium Bank” kartlarına mədaxilə görə haqq tutacaq.
Medialive.az Demokrat.az-ın məlumatına görə, “eManat” istifadəçilərə ünvanladığı məlumatda terminallar vasitəsilə həyata keçirilən bəzi əməliyyatlar üzrə yeni xidmət haqqının tətbiq olunacağını açıqlayıb.

Bildirilib ki, aprelin 1-dən etibarən eManat terminalları vasitəsilə Premium Bank kart və hesablarına mədaxil edilən vəsaitlərdən 1 faiz məbləğində xidmət haqqı tutulacaq.
Məlumata görə, digər ödəniş istiqamətləri üzrə tariflərdə dəyişiklik nəzərdə tutulmur. Qeyd olunur ki, xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.




















