Mənzil İnşaatı Dövlət Agentliyində aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.
Medialive.az-ın məlumatına görə, bu vəzifəyə Cəmşid Əmirov təyin edilib.
O, bundan əvvəl Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb, aparat rəhbəri postunda Fərman Qurbanlını əvəzləyib.





















