• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Köşə

İlaxır çərşənbə - Gülər Mübariz yazır…

17 Mart, 26 / 11:51
A A
İlaxır çərşənbə - Gülər Mübariz yazır…

Günün ilk şəfəqləri obaşdan boylandıqca sanki ilin son nəfəsi, baharın ilk pıçıltısı gəlir bu sabahdan.

Gün başlayır, hər kəs xoş təlaş içində axşama-gələcəyə ümid dolu addımlarla bu gecəyə keçmişdən gələn bir doğma inamla irəliləyirik. Bu gecədən gözləntilərimiz çoxdur.

Bu gecədə təkcə tonqallar yanmır , qəlblər də işıqlanır yeni ümidlərlə, köhnə kədər külə dönür, ümidlər isə alov kimi yenidən doğulur. Yeni həyat gəlir bu gecə…

Torpağın sinəsində gizlənən həyat bu gecə oyanır. Sular pıçıldayır, küləklər gizli qalan sirləri danışır sanki, axşamın alatoranından qalanan od insanın içindəki qaranlığı yandırıb aparır. Hər alovun içində bir arzu, hər qığılcımda bir dua var sanki…

Yanan oduncaq parçalarının yaratdığı tonqalın üstündə bir kəramət var düşüncəmizdə : “ağırlığım-uğurluğum odda qalsın” keçmişin yükünü də arxada qoyur, elə bil…

Bu gecə qapıların döyülən tərəfinə beli qırmızı kəmərli səmənilər də ümidlə boylanır, süfrələr bərəkətlə yol gözləyir.

Amma ən önəmlisi qırğın ürəklər də barışa açılır. Sınmış könüllərə məlhəmin adıdır İlaxır çərşənbə.

Hər gəlişi ilə barış gətirir, incikliklər bahara yaraşmaz axı..

Bəlkə də bu gecə birini bağışlamaq, birini xatırlamaq, birinə dua etmək elə ən əsası özümüzə ehtiyac olduğu üçün baharı sevirik. Gəlsin, bir an öncə təbiətin xoşxəbər qızı deyirik .

Hər yeni bahar, yalnız təbiətin deyil, insanın da yenidən doğuluşudur. Hər təmir olunmuş könül yeni həyat demək deyilmi?

Qoy ürəklər sınmasın heç, könlü xoş bayram edək baharı.

Qoy arzuların çin olacağı bayram olsun, martdan gözləntilərimiz çoxdur.

Qoy bu İlaxır çərşənbə həyatımıza işıq gətirsin, qəlblərdəki qaranlıqları sonsuza qədər yandırsın, yerinə sevgi, mərhəmət və ümid gətirsin…

Xalqımıza barış, sülh, əmin-amanlıq yaraşır. Baharın gətirdiyi sevinc il boyu Vətənə,millətə yoldaş olsun.

Qoy Azərbaycanımın qüdrəti daima dünyaya səs salsın. Azad ölkədə firavan yaşamaq, baharı əmin-amanlıqla qeyd etmək hər zaman millətimə nəsib olsun.
Səngərlərimizdən yalnız xoş xidmət xəbərləri gəlsin, qurumlarımızın uğurları dövlətimizə hər zaman başucalığı gətirsin.

Bədxahlardan uzaq, xalq olaraq həmrəy, yad və gərəksiz ünsürlərdən uzaq, Vətənə sədaqət dolu xeyirli bir il olsun.

Biz birlikdə güclüyük.

Azərbaycana bahar ,sevinc, zəfər, qüdrət yaraşır.

Baharın rəmzi olan yaşıllıq, gözəllik qəlblərimizə yansısın. Unutmayaq ki, ən böyük bahar insanın içində başlayır. Qəlbimiz bahar olsun ki, ətrafa gözəllik, dostluq, birlik saça bilək.

Bayramımız mübarək!

Əvvəlki yazı

Bakıda məşhur mağazalar şəbəkəsinin sahibi özünü ÖLDÜRDÜ

Növbəti yazı

Azad Mustafayev işdən çıxarıldı

Bənzər Xəbərlər

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ - BU MÜDDƏTƏ VERİLƏ BİLƏR
Sosial

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ - BU MÜDDƏTƏ VERİLƏ BİLƏR

05.İyn.26 /19:14
Yeni komitə yaradıldı
Sosial

Yeni komitə yaradıldı

05.İyn.26 /19:12
Prezidentin təltif etdiyi Zakir Quliyev KİMDİR? - DOSYE
Sosial

Prezidentin təltif etdiyi Zakir Quliyev KİMDİR? - DOSYE

05.İyn.26 /18:48
Gəmidə ölən azərbaycanlılar görün kim imiş - ADLAR
Gündəm

Gəmidə ölən azərbaycanlılar görün kim imiş - ADLAR

05.İyn.26 /18:10
Bakıda yaşayış binası yanır
Hadisə

Bakıda yaşayış binası yanır

05.İyn.26 /18:09
Akif Əlizadə işdən çıxarıldı
Sosial

Akif Əlizadə işdən çıxarıldı

05.İyn.26 /18:08
ABDF Litvanın “Dominari” şirkəti ilə birgə istehsal müəssisəsi yaradır
İqtisadiyyat

ABDF Litvanın “Dominari” şirkəti ilə birgə istehsal müəssisəsi yaradır

05.İyn.26 /17:28
Plastik cərrahın məhkəməsi keçirildi - Nazirliyin nümayəndəsi gəlmədi
Özəl

Plastik cərrahın məhkəməsi keçirildi - Nazirliyin nümayəndəsi gəlmədi

05.İyn.26 /17:10
Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi
Manşet

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

05.İyn.26 /15:35

XƏBƏR LENTİ

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ - BU MÜDDƏTƏ VERİLƏ BİLƏR

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ - BU MÜDDƏTƏ VERİLƏ BİLƏR

05 İyun, 26 / 19:14
Yeni komitə yaradıldı

Yeni komitə yaradıldı

05 İyun, 26 / 19:12
Prezidentin təltif etdiyi Zakir Quliyev KİMDİR? - DOSYE

Prezidentin təltif etdiyi Zakir Quliyev KİMDİR? - DOSYE

05 İyun, 26 / 18:48
Gəmidə ölən azərbaycanlılar görün kim imiş - ADLAR

Gəmidə ölən azərbaycanlılar görün kim imiş - ADLAR

05 İyun, 26 / 18:10
Bakıda yaşayış binası yanır

Bakıda yaşayış binası yanır

05 İyun, 26 / 18:09
Akif Əlizadə işdən çıxarıldı

Akif Əlizadə işdən çıxarıldı

05 İyun, 26 / 18:08
ABDF Litvanın “Dominari” şirkəti ilə birgə istehsal müəssisəsi yaradır

ABDF Litvanın “Dominari” şirkəti ilə birgə istehsal müəssisəsi yaradır

05 İyun, 26 / 17:28
Plastik cərrahın məhkəməsi keçirildi - Nazirliyin nümayəndəsi gəlmədi

Plastik cərrahın məhkəməsi keçirildi - Nazirliyin nümayəndəsi gəlmədi

05 İyun, 26 / 17:10
Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

05 İyun, 26 / 15:35
Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı

Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı

05 İyun, 26 / 15:25
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.