V Antalya Diplomatiya Forumu (ADF2026) başlayıb.
Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan builki forum “Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək” mövzusunda keçirilir.
Mövzu gələcək prosesləri qabaqlamağın, risk və imkanları müəyyən etməyin, strategiyalar hazırlamağın və analitik nəticələri praktik addımlara çevirməyin zəruriliyini ön plana çıxarır.
Forum çərçivəsində əsas məruzəçilərin çıxışları, panel müzakirələri, interaktiv sessiyalar, eləcə də ikitərəfli görüşlər nəzərdə tutulub. Bu görüşlər zamanı iştirakçılar qlobal trendləri və regional prosesləri müzakirə edəcək, mümkün həll yolları və qabaqcıl təcrübə ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Forum aprelin 19-dək davam edəcək.//APA




















