Bakıda əsasən taksidə istifadə olunan BYD Destroyer 05 modeli kəskin ucuzlaşıb.
Medialive.az Demokrat.az-a istinadən xəbər verir ki, bu ildən gömrük güzəştləri ləğv edilmiş hibrid avtomobillərin bahalaşacağı gözlənilsə də, əks effekt verib.
Hazırda onlarla sahibkar maşınları maya dəyərinə “əldən çıxartmağa” çalışır.

Qeyd edək ki, bu maşınların ölkəyə gətirilməsi 19 min manata başa gəlirdi. 2024-cü ildən isə Destroyer modelinin istehsalı dayanıb, onu Seal modeli əvəzləyir.




















