• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

“Baytar adı ilə böyük oyun?” – Gənc xanım həkimin dedikləri dodaq uçuqlatdı

09 May, 26 / 16:21
A A
“Baytar adı ilə böyük oyun?” – Gənc xanım həkimin dedikləri dodaq uçuqlatdı

Gənc baytar həkim Sevgili Qəhrəmanlı redaksiyamıza şikayət məktubu ünvanlayıb.

Medialive.az xəbər verir ki, Yeniera.az-a müraciət edən şikayətçinin sözlərinə görə, özünü Petmall MMC-nin müdiri kimi təqdim edən Aydın Əliyev ona qarşı dələduzluq edib.

“Mən ona güvəndim, o isə həm əməyimi, həm pullarımı, həm də ideyalarımı aldı…”

Azərbaycanda öz zəhməti, təhsili və illərlə qurduğu peşəkar nüfuzu ilə tanınan gənc baytar həkim Sevgili xanımın səsləndirdiyi iddialar cəmiyyətdə ciddi rezonans yaradacaq qədər ağır və düşündürücüdür.
Bakalavr və magistr təhsili almış, illərlə gecəsini-gündüzünə qataraq pasient bazası formalaşdırmış, öz ayaqları üzərində duran nümunəvi bir Azərbaycan xanımının bu şəkildə aldadıldığını iddia etməsi sadəcə fərdi məsələ deyil — bu, ölkədə gənc və zəhmətkeş qadınların etibarının necə sui-istifadəyə məruz qala biləcəyinin acı nümunəsidir.

Sevgili xanımın sözlərinə görə, hər şey Petmall baytarlıq klinikasında Aydın Əliyev adlı şəxslə tanışlıqdan sonra başlayıb. Özünü Petmall MMC-nin müdiri kimi təqdim edən Aydın Əliyev bir müddət sonra ona yeni biznes layihəsi təklif edib.

İddialara görə, əvvəlcə “Araz Marketlər” şəbəkəsi ilə zoo mağazaları qurmaq planından danışan Aydın Əliyev daha sonra bunun mümkün olmadığını bildirərək birgə klinika açmağı təklif edib. Ən diqqət çəkən məqamlardan biri isə odur ki, Sevgili xanımın dediyinə görə, ilkin mərhələdə ondan heç bir sərmayə tələb edilməyib.

Lakin hadisələrin gedişi tamamilə başqa istiqamət alıb.

“6000 manatlıq etibar…”

Sevgili xanım bildirir ki, Aydın Əliyev onun ailəsinin gözlədiyi puldan xəbər tutduqdan sonra həmin vəsaitin klinikaya yatırılmasını istəyib. Söhbət 6000 manatdan gedir.

Heç bir rəsmi müqavilə, hüquqi sənəd və ya ortaq fəaliyyəti təsdiqləyən yazılı razılaşma olmadan bu məbləğin Naxçıvandan terminal vasitəsilə qarşı tərəfin kartına göndərildiyi iddia olunur.

Daha sonra isə vəziyyət daha da ağırlaşıb.

Sevgili xanımın sözlərinə görə, o, sentyabr ayından mart ayına qədər klinikada baş həkim kimi çalışsa da, maaş almayıb. Üstəlik, klinikaya gələn pasientlərin böyük hissəsi onun illərlə formalaşdırdığı şəxsi pasient bazası olub. O, təkcə rəhbər vəzifəni deyil, əksər tibbi prosedurları da özü icra edib.

Bunun qarşılığında isə ona davamlı olaraq “borclarımız var”, “klinikanı borcla qurmuşam”, “səni borcluların qabağına verə bilmərəm” kimi cavablar verildiyi iddia edilir.

“Ortaqlıq yox, manipulyasiya?”

Sevgili xanım deyir ki, rəsmi müqavilə tələb etdikdə qarşı tərəf gah klinikanın 60 min manat borcu olduğunu, gah da həmin borcun yarısını gətirəcəyi halda onu ortaq edəcəyini bildirib.

Daha sonra isə məsələ daha qəribə məcraya yönəlib.
İddialara görə, Aydın Əliyev ona:

“Nə vaxt evlənsən, klinikanın yarısını sənə hədiyyə edərəm” kimi qeyri-ciddi və qeyri-peşəkar cavablar verib.

Gənc həkim bütün bunların ciddi biznes münasibətinə deyil, psixoloji manipulyasiyaya bənzədiyini düşünür.
Vergidən yayınma və saxta fəaliyyət iddiaları.

Sevgili xanımın səsləndirdiyi ən ağır ittihamlardan biri isə klinikanın fəaliyyəti ilə bağlıdır.

Onun iddiasına görə, klinikada pasient ödənişlərinin bir hissəsi terminaldan keçirilməyib, real gəlirlər hesabatlarda göstərilməyib, vergidən yayınma halları baş verib, laboratoriya standartlara uyğun olmayıb, lazımi avadanlıqlar olmadan fəaliyyət göstərilib.

Sevgili xanım bildirir ki, bütün bunlara baxmayaraq klinikanın Qida Təhlükəsizliyi Agentliyindən lisenziya aldığı deyilib və ona:

“Vergidə tanışım var, mənə heç kim heç nə edə bilməz” kimi ifadələr işlədilib.

Əgər bu iddialar təsdiqini taparsa, məsələ artıq təkcə etik deyil, hüquqi və dövlət səviyyəli araşdırma mövzusuna çevrilə bilər.

“Bacımın pulunu da qaytarmadı…”

Hadisələrin dramatik tərəflərindən biri də ailə üzvlərinin prosesə cəlb olunmasıdır.

Sevgili xanımın sözlərinə görə, işdən ayrılmaq qərarını açıqlamazdan təxminən bir ay əvvəl Aydın Əliyev onun bacısından 1000 manat borc alıb və: “10 günə 1200 manat qaytaracağam” deyə vəd verib.

Lakin həmin vəsaitin geri qaytarılmadığı və sonradan bunun da “klinikanın xərclərinə getdiyi” deyildiyi iddia olunur.

Nəticədə Sevgili xanım ailəsinin verdiyi pulların, öz zəhməti hesabına klinikaya yönələn təxminən 30 min manata yaxın vəsaitin və aylarla çəkdiyi əməyin qarşılıqsız qaldığını deyir. “Adımı, loqomu, ideyalarımı belə aldı…”

Sevgili xanımın ən ağrılı iddialarından biri isə mənəvi oğurluqla bağlıdır.

Onun sözlərinə görə, klinikanın adı və loqosu məhz onun ideyası və yaradıcılığı olub. Lakin sonradan həmin konsepsiyanın onun razılığı olmadan istifadə edildiyi iddia edilir.

Bundan əlavə, Sevgili xanım bildirir ki, Aydın Əliyev baytarlıq sahəsi üzrə təhsili və ixtisası olmamasına baxmayaraq, bəzi pasientlərə özünü “baytar həkim” kimi təqdim edib.

Eyni zamanda keçmiş işçilərin maaşlarının verilməməsi və əmək istismarı ilə bağlı da ciddi iddialar səsləndirilir.

“Bu, tək bir qadının hekayəsi deyil…”

Bu hadisə bir daha göstərir ki, hüquqi savadlılıq və rəsmi sənədləşmə olmadan qurulan “etibar ortaqlıqları” bəzən insanların həm maddi, həm mənəvi, həm də peşəkar həyatını dağıda bilir.

Xüsusilə də təhsilli, zəhmətkeş və öz peşəsində nüfuz qazanmış Azərbaycan xanımlarının etibarının bu şəkildə sui-istifadəyə məruz qalması cəmiyyətdə ciddi narahatlıq doğurur.

Sevgili xanımın iddiaları ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Əvvəlki yazı

Hantavirusa ölkəmizdə yoluxma OLUB? - RƏSMİ

Növbəti yazı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Bənzər Xəbərlər

Kadir İnanır vəfat etdi
Dünya

Kadir İnanır vəfat etdi

26.İyn.26 /19:53
Sabah yağış yağacaq, dolu düşəcək
Sosial

Sabah yağış yağacaq, dolu düşəcək

26.İyn.26 /14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi
Sosial

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26.İyn.26 /13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...
Sosial

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26.İyn.26 /13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ
Sosial

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26.İyn.26 /13:14
Nilufər Abdulla vəfat etdi 
Sosial

Nilufər Abdulla vəfat etdi 

26.İyn.26 /13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi
İdman

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26.İyn.26 /12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq
Sosial

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26.İyn.26 /12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE
Sosial

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26.İyn.26 /12:39

XƏBƏR LENTİ

Kadir İnanır vəfat etdi

Kadir İnanır vəfat etdi

26 İyun, 26 / 19:53
Sabah yağış yağacaq, dolu düşəcək

Sabah yağış yağacaq, dolu düşəcək

26 İyun, 26 / 14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26 İyun, 26 / 13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26 İyun, 26 / 13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26 İyun, 26 / 13:14
Nilufər Abdulla vəfat etdi 

Nilufər Abdulla vəfat etdi 

26 İyun, 26 / 13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26 İyun, 26 / 12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26 İyun, 26 / 12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26 İyun, 26 / 12:39
Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı vəfat etdi

26 İyun, 26 / 12:19
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.