• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

“690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” - Mərkəzi Klinikadan ŞİKAYƏT

12 May, 26 / 17:02
A A
“690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” - Mərkəzi Klinikadan ŞİKAYƏT
“Mərkəzi klinikada anamı ürək MRT müayinəsinə apardım. Bunun üçün 690 manat ödəniş etməyimizə baxmayaraq, müayinəni həkim deyil, onun köməkçisi etdi”.
Medialive.az xəbər verir ki, bu şikayətlə Bakupost.az-a adının çəkilməsini istəməyən vətəndaş müraciət edib.
Şikayətçi bildirir ki, aprelin 28-də anasını kardioloji müayinə üçün kardioloq Firdovsi İbrahimovun qəbuluna aparıb. Onun sözlərinə görə, kifayət qədər yüksək məbləğdə ödəniş etsələr də, göstərilən xidmət onları qane etməyib:
“Keyfiyyətə nəzarət şöbəsinin müdiri Xumar xanımla da danışdım. O dedi ki, 690 manatın 500 manatı Firdovsi doktorun “xüsusi xidməti” üçün nəzərdə tutulub. Anlamıram, bu xüsusi xidmət nədən ibarətdir? Çünki biz həkimin qəbuluna ayrıca 60 manat ödəmişik, amma o, anamı iki dəqiqə belə müayinə etməyib.
Səhər saat 08:00-dan növbə götürmüşdük. Klinikada hər yerdə kameralar var. Həkimin özü orada olmayıb, köməkçisi aparat vasitəsilə anamın ürəyini dinləyib. Həmin şəxs özünü təqdim etməyib. Resepti də o yazıb, həkim yox.
Firdovsi doktor isə yalnız saat 11:00-da gəldi, sənədlərə baxdı və təcili anju olunmalıdır dedi. 60 manatı bu xidmətə görə ödəmişik”.
Şikayətçi qeyd edir ki, əvvəlcədən müayinənin bu şəkildə aparılacağı bildirilsəydi, həmin həkimi seçməzdi:
“Əvvəlcədən desəydilər ki, müayinəni həkimin komandası aparır, mən bu ödənişi etməzdim və başqa həkimə müraciət edərdim. Firdovsi doktor ölkədə yeganə kardioloq deyil”.
Vətəndaş klinika personalının pasiyentlərlə davranışından da şikayətçidir. Onun sözlərinə görə, əməkdaşlar kobud və laqeyd davranır, həmçinin gigiyenik qaydalara əməl olunmur:
“Təcili xəstələrə üstünlük verilməsi başa düşüləndir. Amma biz gördük ki, təcili olmayan pasiyentlər də növbədənkənar MRT müayinəsinə yönləndirilir. Palatada istifadə olunan termometr isə sterilizasiya edilmədən bir pasiyentdən digərinə verilir”.
Şikayətçi əlavə edir ki, ona ödənişlərin ƏDV qəbzləri də təqdim olunmayıb:
“Direktor müavini ilə danışdım, çekləri göstərdim. Mənə bildirdi ki, ƏDV qəbzləri dərhal verilmir. Etiraz etdim və bildirdim ki, ödəniş edilirsə, qəbz də dərhal təqdim olunmalıdır. Hətta İqtisadiyyat Nazirliyinin “195-1” çağrı mərkəzinə zəng etməyi təklif etdim, amma razılaşmadılar.
Ümumilikdə min manata yaxın ödəniş etmişik, lakin heç bir ƏDV qəbzi verilməyib. Bu, ciddi qanun pozuntusudur.
Pasiyentin sağlamlığı və hüquqları hər şeydən üstün olmalıdır. Bu cür halların araşdırılması və məsul şəxslər barədə tədbir görülməsi vacibdir”.
Məsələ ilə bağlı Mərkəzi Klinikanın mətbuat xidmətinin rəhbəri Elşən Şükürov Bakupost.az-ın sorğusuna cavab olaraq bildirib ki, pasiyentin şikayəti araşdırılıb və iddialar öz təsdiqini tapmayıb.
Əvvəlki yazı

4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlandı

Növbəti yazı

Bu ölkədə də hantavirus həyəcanı: 4 nəfər karantinə alındı

Bənzər Xəbərlər

Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM
Sosial

Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM

12.May.26 /20:39
Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı
İlham Əliyev

Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı

12.May.26 /20:36
Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ
Sosial

Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ

12.May.26 /20:26
İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı
Hadisə

İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı

12.May.26 /20:25
Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin
Sosial

Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin

12.May.26 /20:08
Bu ərazilər qazsız qalacaq
Sosial

Bu ərazilər qazsız qalacaq

12.May.26 /19:55
İyunda 10 gün İŞ OLMAYACAQ
Sosial

İyunda 10 gün İŞ OLMAYACAQ

12.May.26 /19:52
Şahbaz Şərif İlham Əliyevi Pakistana səfərə dəvət edib
İlham Əliyev

Şahbaz Şərif İlham Əliyevi Pakistana səfərə dəvət edib

12.May.26 /19:30
İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub
İlham Əliyev

İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub

12.May.26 /19:28

XƏBƏR LENTİ

Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM

Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM

12 May, 26 / 20:39
Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı

Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı

12 May, 26 / 20:36
Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ

Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ

12 May, 26 / 20:26
İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı

İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı

12 May, 26 / 20:25
Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin

Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin

12 May, 26 / 20:08
Bu ərazilər qazsız qalacaq

Bu ərazilər qazsız qalacaq

12 May, 26 / 19:55
İyunda 10 gün İŞ OLMAYACAQ

İyunda 10 gün İŞ OLMAYACAQ

12 May, 26 / 19:52
Şahbaz Şərif İlham Əliyevi Pakistana səfərə dəvət edib

Şahbaz Şərif İlham Əliyevi Pakistana səfərə dəvət edib

12 May, 26 / 19:30
İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub

İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub

12 May, 26 / 19:28
Göyçayda dəhşətli qətl: ər kafedə həyat yoldaşını öldürdü

Göyçayda dəhşətli qətl: ər kafedə həyat yoldaşını öldürdü

12 May, 26 / 19:19
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.