Dövlət Statistika Komitəsində mühüm kadr dəyişikliyi baş verib.
Medialive.az xəbər verir ki, rəhbər vəzifəyə gətirilən Bayram Əliyev kadrların idarə olunması sahəsində böyük təcrübəyə malikdir.
O, bu təyinata qədər Azərbaycan Respublikası Maliyyə Nazirliyində İnsan resurslarının idarə edilməsi şöbəsinin müdir müavini postunu tutub.
Dövlət Statistika Komitəsinin rəhbərliyinin əmri ilə o, artıq yeni vəzifəsinin icrasına başlayıb.




















