• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Dünya

Azov dənizində azərbaycanlılar olan gəmilər vuruldu: Ölənlər var

05 İyun, 26 / 10:20
A A
Azov dənizində azərbaycanlılar olan gəmilər vuruldu: Ölənlər var

2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi — Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.

Medialive.az xəbər verir ki, bu barədə Bakı vaxtı ilə saat 04:04-də Taman Dəniz Xilasetmə və Koordinasiya Mərkəzindən daxil olan məlumatda bildirilir.

“”Natra” gəmisinə dörd PUA zərbəsi endirilib, ekipajın iki üzvü həlak olub. Yanğın ekipaj üzvləri tərəfindən söndürülüb, gəmi suyun üzərində qalır və yedəyə alınmasına ehtiyac var. “Zirkon” gəmisinin isə üst tikili hissəsinə dörd zərbə qeydə alınıb, ekipajın üç üzvü həlak olub. Ekipaj üzvləri xilasedici qayıqlarla gəmini tərk edib, gəmidə yanğın davam edir”, — deyə operativ məlumatda qeyd olunur.

“Natra” quru yük gəmisində (Beliz bayrağı altında üzür) 12 nəfər, “Zirkon” quru yük gəmisində (Palau bayrağı altında üzür) isə 14 nəfər olub. Onların hamısı fərdi qaydada muzdlu dənizçi kimi işə götürülmüş Azərbaycan vətəndaşları olub. Hər iki gəmi xarici bayraq altında üzür və Azərbaycan dövlətinə aid deyil.

Hücumlar arasında bir saatdan bir qədər artıq vaxt fərqi olub: “Natra” saat 00:45-də, “Zirkon” isə saat 01:55-də vurulub.

Sağ qalan dənizçilər faciə baş verən ərazidən keçən üç gəmi tərəfindən xilas ediliblər. Səhərə yaxın bütün xilas olunanlar Yeysk limanına çatdırılıb. Suyun üzərində qalan və zədələnmiş “Natra” gəmisinin yedəyə alınması üçün iki yedəkçi gəmi hadisə yerinə göndərilib.\trend

Əvvəlki yazı

Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış

Növbəti yazı

DTX məlumat yaydı

Bənzər Xəbərlər

Kadir İnanır vəfat etdi
Dünya

Kadir İnanır vəfat etdi

26.İyn.26 /19:53
Sabah yağış yağacaq, dolu düşəcək
Sosial

Sabah yağış yağacaq, dolu düşəcək

26.İyn.26 /14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi
Sosial

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26.İyn.26 /13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...
Sosial

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26.İyn.26 /13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ
Sosial

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26.İyn.26 /13:14
Nilufər Abdulla vəfat etdi 
Sosial

Nilufər Abdulla vəfat etdi 

26.İyn.26 /13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi
İdman

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26.İyn.26 /12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq
Sosial

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26.İyn.26 /12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE
Sosial

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26.İyn.26 /12:39

XƏBƏR LENTİ

Kadir İnanır vəfat etdi

Kadir İnanır vəfat etdi

26 İyun, 26 / 19:53
Sabah yağış yağacaq, dolu düşəcək

Sabah yağış yağacaq, dolu düşəcək

26 İyun, 26 / 14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26 İyun, 26 / 13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26 İyun, 26 / 13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26 İyun, 26 / 13:14
Nilufər Abdulla vəfat etdi 

Nilufər Abdulla vəfat etdi 

26 İyun, 26 / 13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26 İyun, 26 / 12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26 İyun, 26 / 12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26 İyun, 26 / 12:39
Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı vəfat etdi

26 İyun, 26 / 12:19
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.