Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev vəzifəsindən azad edilib.
Medialive.az-ın nocomment.az-a istinadən məlumatına görə, nazir Fərid Qayıbovun müvafiq əmri ilə 25 illin dövlət qulluqçusu olan Mustafa Nuhbalayev vəzifəsindən azad olunub.
Qeyd edək ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədovadır. (Qaynarinfo)





















