Telekanal bəyanat yaydı: DÇ-2026-nı şərh etməkdən uzaqlaşdırıldı

Türkiyənin dövlət televiziya və radio qurumu TRT Dünya çempionatı çərçivəsində İran və Yeni Zelandiya yığmaları arasında keçirilən qarşılaşmanın şərhi zamanı baş vermiş səhvlə bağlı ictimaiyyətə müraciət edib.

Medialive.az xəbər verir ki, qurum hadisəyə görə tamaşaçılardan və ictimaiyyətdən üzr istəyib.

Açıqlamada qeyd olunub ki, baş vermiş hadisə ilə bağlı dərhal inzibati və təftiş araşdırmalarına başlanılıb. Araşdırmanın nəticələrinə uyğun olaraq zəruri tədbirlərin tam şəkildə həyata keçiriləcəyi vurğulanıb.

TRT həmçinin bildirib ki, məsələ ilə əlaqədar adı açıqlanmayan şərhçi araşdırma müddətində ABŞ-da fəaliyyət göstərən Dünya Kuboku yayım qrupundan uzaqlaşdırılıb və turnir oyunlarının yayımında iştirak etməyəcək.

Qeyd edək ki, oyunun ilk 5 dəqiqəsində şərhçi Yeni Zelandiya futbolçularını İran, İranı isə Yeni Zelandiya olaraq təqdim edib.

Bənzər Xəbərlər

XƏBƏR LENTİ