Yunanıstanın məşhur turizm adalarında dərinləşən su böhranı səbəbindən fövqəladə vəziyyət elan edilib.
Medialive.az xəbər verir ki, bu barədə ölkənin ERT telekanalı məlumat yayıb.
Hökumət yay mövsümü ilə sürətlə artan su istehlakının kritik həddə çatdığını və adalarda üç ay müddətində fövqəladə tədbirlərin həyata keçiriləcəyini bildirib.
Yunanıstanda yay mövsümünün başlaması ilə Egey dənizindəki adalarda çox ciddi su böhranı yaranıb.
Qeyd edək ki, ölkədəki problem ilk dəfə qeydə alınmayıb. Bu ayın əvvəlində Egey dənizindəki Karpatos adası üçün də oxşar üç aylıq fövqəladə vəziyyət qərarı qəbul edilib.




















