Norveç şahzadəsi Mette Marit ağciyər nəqli əməliyyatı keçirib.
Medialive.az xəbər verir ki, bu barədə Norveç Kral Sarayından məlumat verilib.
Belə ki, Oslo Universitet Xəstəxanasının professoru Are Holm Maritin müalicəsinin bir neçə həftə davam edəcəyini açıqlayıb.
Mette Marit nəql üçün bir müddət gözləməli olub, daha sonra isə əməliyyat olunub.
Onun əməliyyatı uğurla həyata keçirilib.
Qeyd edək ki, 52 yaşlı şahzadəyə 2018-ci ildə ağciyər fibrozu diaqnozu qoyulub.
Onu da əlavə edək ki, şahzadəyə əməliyyata qədər bir il yaşaya biləcəyi deyilib.




















